Şamaxıda avtomobil yoldan çıxaraq aşdı - Ölən var

Şamaxıda avtomobil yoldan çıxaraq aşdı  - Ölən var
Hadisə 78

Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bu gün saat 18 radələrində rayonun Çöl Göylər kəndində "Ford" markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər