Şamaxıda 37 yaşlı qadın itkin düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 20-də Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Hacıbabayeva Xalidə Məhəmməd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Xalidə Hacıbabayevanın əlamətləri - boyu 160 sm, saçları qara və orta bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şamaxı Rayon Polis Şöbəsinin (020) 265-21-01 şəhər və 055-491-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Azərbaycanda ana övladı ilə birlikdə itkin düşüb - FOTO
Mayın 4-də İsmayıllı rayon sakini, ailəli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B...