Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
08
dek
2023
20:00
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Şamaxı və Oğuz rayon sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Sakinlər odlu silahları polisə könüllü təhvil veriblər - FOTO
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlə...