Şabranda yarım hektar meşə sahəsi yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.
BAKU.WS xəbər verir ki, Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə bizim.media-ya danışıb.
Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.
FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.
İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.
Oxşar xəbərlər
Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb - YENİLƏNİB
Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub. BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazir...