Şabranda yanğınlar zamanı 3 ev və 10 təsərrüfata ziyan dəyib

Şabranda yanğınlar zamanı 3 ev və 10 təsərrüfata ziyan dəyib
Hadisə 26

“Şabranda baş verən yanğınlar zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesdə hesablamalar aparılır:

“Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və dəymiş ziyan ödəniləcək. Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər