Şabranda traktor kanala aşıb - VİDEO

Şabranda traktor kanala aşıb - VİDEO
Video
Hadisə 4

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər