Şabranda qidadan zəhərlənənlər arasında Türkiyə vətəndaşları da var - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.
Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.
Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.
Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.
***19:57
Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.
Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.
Oxşar xəbərlər
Lənkəranda qidadan zəhərlənən 17 nəfərin adı açıqlandı - YENİLƏNİB
Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub. Report onların adlarını təqdim edir: Cəfərov Yusif Elşən oğlu – 2019-cu ilHüseynov Həmzə Əhməd oğlu –...