Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı - FOTO

Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Qalereya
Oxşar xəbərlər
Gizli nişan mərasimi keçirənlər cərimələnib
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbir...