Səfərbərliklə bağlı rəsmi açıqlama
"Cəbhəboyu ərazilər ordumuzun tam nəzarəti altındadır. Hələ ki səfərbərliyə ehtiyac yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında Müdafiə nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.
Dərgahlının sözlərinə görə, hazırda yüzlərlə ehtiyatda olan əsgər və keçmiş döyüşçülər cəbhəyə könüllü yollanmaq üçün Müdafiə nazirliyinə müraciət edib:
"Cəbhədə vəziyyət gərginləşəndən sonra Müdafiə Nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub. Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər”.
Müdafiə nazirliyinin sözçüsü Vaqif Dərgahlı həmin insanlara vətənpərvərliklərinə görə minnətdar olduqlarını, lakin hələlik buna ehtiyac yaranmadığını qeyd edib.
"Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan Silahlı Qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də, hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur” – deyə, Dərgahlı əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədən son xəbər (RƏSMİ)
Təmas xəttində vəziyyət gərgin və stabildir. BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgah...