Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb

Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb
Hadisə 94

Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova (soyadlar şərtidir) hökm oxunub.

BAKU.WS Qafqazinfo.az-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların oğul övladı ata ilə, qız övladı isə ana ilə qalıb. Daha sonra qadın Cəlal adlı şəxslə ailə həyatı qurub və övladı ilə birgə onun yanında yaşayıb.

Ötən il fevralın 14-də isə Rövşən qızını görmək və keçmiş həyat yoldaşı ilə barışmaq niyyəti ilə onların yaşadığı məhəlləyə gedib.

Rövşən küçədə Cəlalla qızını görərək ona hücum edib və bıçaqla xəsarət yetirib. Məlum olub ki, həmin vaxt Cəlal ögey qızını hazırlıqdan evə gətirirmiş.

Məhkəmənin hökmü ilə Rövşən Həmidova 2 il 3 ay həbs cəzası verilib.

Son xəbərlər