Sevdiyi qızla mübahisə edən məktəbli özünü 12-ci mərtəbədən atdı - FOTO

25
fev
2020
23:22
Xırdalan şəhərində intihar hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.
İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.
Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş.
Qalereya
Oxşar xəbərlər
Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? – REPORTAJ - VİDEO
Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başla...