Sərxoş sürücü hərbçilərin olduğu qayığı Kürdə batırdı
03
iyn
2022
10:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində Kür çayında gəzinti qayığı qəzaya uğrayıb.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun idarə etdiyi “Amur” tipli kater aşıb.
Belə ki, sözügedən kater altı nəfərlik olsa da, sərxoş sürücü 11 nəfər mindirib. Nəticədə qayığa su dolub və çevrilib.
Daha sonra sərnişinlər xilas edilib, xəsarət alan olmayıb.
Katerdəki şəxslər arasında hərbçilər də olub.
Faktla bağlı araşdırma başlayıb.
Oxşar xəbərlər
Kürün udduğu nişanlı qız, lilə batmış dörd yaşlı Hüseyn: Çayda boğulan bacı-qardaş - FOTO
9 aprel tarixində Kürdə batmış bacı-qardaş, 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun evindən repo...