"Şərurlu İsfəndiyar"a bəraət verilib
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Binəqdədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib
Qeyd edək ki, İsfəndiyar Axundovun "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edərək onun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyirdi.
Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək bəraət verib.
Oxşar xəbərlər
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...