Sərnişin sürücünü hədələyərək 300 manatını aldı

Sərnişin sürücünü hədələyərək 300 manatını aldı
Hadisə 51

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər