Şəmsi Səmədzadənin saxlanılmasının detalları: Oğlu da yanında olub
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan dövləti tərəfindən saxlanılan tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) tutulmasının detalları məlum olub.
BAKU.WS Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa ediliblər. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə Gürcüstan dövləti tərəfindən məhkəməyə çıxarılacaq.
Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.
Oxşar xəbərlər
Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib. BAKU.WS "Qaynarinfo"ya istin...