Şəmkirdə sement daşıyan yük maşını betona çırpılıb, xəsarət alan var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "DAF" markalı sement daşıyan (yük) avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.
Hadisə nəticəsində, "DAF" markalı avtomobil deformasiyaya uğrayıb,
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Ərazidə baş verə biləcək yağın hadisənin qarşısını almaq məqsədilə tədbirlər görülüb.
Avtomobilin betona çırpılması zamanı sürücü 62 yaşlı S.Verdiyev xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə "DAF"markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Orxan Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkə...