Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
16
yan
2025
22:49
Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000 manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həyətini su basan Bakı məktəbində dərslər onlayn keçilib
Son günlər yağan intensiv yağışla əlaqədar Ramanı qəsəbəsinin bir sıra ərazilərində, o cümlədən 296 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində suyun səviy...