Şəmkirdə minik avtomobilində yanğın olub

Şəmkirdə minik avtomobilində yanğın olub
Video
Hadisə 51

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı

Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Səfərbərlik və Hərbi Xidmə...

0 Hadisə 12:05 23 sentyabr 2026

Son xəbərlər