Şəmkirdə göldə batan uşaqların meyitləri tapıldı - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və əmisi oğlu, 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirli birlikdə süni göldə çimməyə gediblər.
Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.
Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldurlar.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....