Şəmkirdə dəhşətli qəzada ölən 7 nəfərin KİMLİYİ BİLİNDİ

Şəmkirdə dəhşətli qəzada ölən 7 nəfərin KİMLİYİ BİLİNDİ
Hadisə 1368

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub

BAKU.WS report-a istinadən xəbər verir ki, ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977) Bakı, Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə, 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cı il təvəllüdlü Kamran Məmmədov, 2004-ci il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlovadır.

Faktla bağlı araşdırma aparılır.

***08:35

Şəmkirdə ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

94 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər