Sel sularının yaratdığı fəsadlar bu yolda hərəkəti çətinləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Sel sularının yaratdığı fəsadlar Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qobustan dağlarında başlayan leysan bir neçə saat ərzində güclü selə çevrilib.
Selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, nəticədə yağış suları yolun hərəkət hissəsinə yayılıb, yolda torpaq və çınqıl qatı əmələ gəlib.
Hazırda yolda vəziyyət nisbətən sabitləşsə də, yağıntılı hava şəraitinin yeni fəsadlara səbəb olacağı istisna edilmir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....