Şəkidə 6 otaqlı evdə yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə 6 otaqlı fərdi yaşayış evində yanğın olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Şəki şəhəri H. Sarabski küçəsində Akif Süleyman oğlu Hacıbabayevə məxsus ümumi sahəsi 615 kv/m olan kürsülü birmərtəbəli 6 otaq, şüşəbənd və eyvandan ibarət fərdi yaşayış evinin mətbəx hissəsində yanğın baş verib.
Yanğın söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....