Şəki sakini iş yerində ürəktutmadan ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki sakini Rəsul İsmayılov iş yerində ürəktutmadan dünyasını dəyişib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki şəhəri ərazisində iş zamanı 57 yaşlı şəxsin halı qəfildən pisləşib.
İş yoldaşları dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırıblar. İlkin tibbi müayinə zamanı Rəsul İsmayılovun vəfat etdiyi müəyyən olunub. Həkimlər onun ürəktutmadan öldüyü qənaətinə gəliblər.
Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə prosedurlardan keçirildikdən sonra ailəsinə təhvil verilib.
Baş verən ölüm faktına görə Şəki rayon prokurorluğunda araşdırma başladılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...