"Səbail"in oyun vaxtı huşunu itirən futbolçusunun son durumu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda futbolçunun vəziyyəti sabitdir".
Bunu "Report"a açıqlamasında "Səbail"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirən Ağabala Ramazanovun son durumu haqqında danışarkən deyib.
Klub rəsmisi 30 yaşlı hücumçunun xəstəxanada olduğunu bildirib: "Həkimlərdən növbəti dəfə onun durumunu soruşdum. Vəziyyəti sabitdir, dəyişən bir şey yoxdur. Hazırda da həkimlərin nəzarətindədir".
Ağabala Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyət dərhal oyunçuya müdaxilə ediblər. O, daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb - FOTO/VİDEO
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğlu Emin Ramazanovla birgə qətl törətmiş 1962-ci il təvəllüdlü Cahangir Ramazanovun məhkəməsi başa çatıb. BAKU.WS “qafqaz...