"Sea breeze"nin yaxınlığında "Range Rover" qəza törətdi, iki nəfər ağır xəsarət aldı

09
okt
2022
09:28
Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən "Sea breeze" otelinin yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.
Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.
Hazırda xilasetmə əməliyyatı aparılır.
Oxşar xəbərlər
4 nəfərin öldüyü “Range Rover” qəzası ilə bağlı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məluma...
