SDU-nun prorektoru vəzifəsindən azad edilib

SDU-nun prorektoru vəzifəsindən azad edilib
Hadisə 5

Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək.

Ramazan Məmmədov 01.07.1944-cü il tarixdə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin edilib.

R.Məmmədov filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunub.

Ailəlidir, 3 övladı, 5 nəvəsi var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Leyla Gərayzadə vəfat etdi - FOTO

Leyla Gərayzadə vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib. BAKU.WS xəbər verir ki, bu b...

979 Hadisə 14:15 28 aprel 2022

Son xəbərlər