Sayt rəhbərinin icra nümayəndəsini ŞANTAJ etdiyi bəlli oldu - YENİLƏNİB

Sayt rəhbərinin icra nümayəndəsini ŞANTAJ etdiyi bəlli oldu - YENİLƏNİB
Hadisə 172

"Cənub.az" internet saytının redaktoru Zahir Əmənovun icra nümayəndəsi İsrafil Əliyevi şantaj etməsinin bəzi detalları bəlli olub.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün "cənub.az" internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

***10:27

Azərbaycanda sayt rəhbəri saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, "cenub.az" xəbər portalının rəhbəri Zaur Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər