Sarayda 15 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.
Onun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvv...