Saray sakinlərinin yol problemi: "Yayda toza, qışda palçığa bulaşırıq"

Saray sakinlərinin yol problemi: Yayda toza, qışda palçığa bulaşırıq
Video
Hadisə 9

Abşeron rayonu Saray qəsəbəsinin Ziya Bünyadov küçəsində yaşayan sakinlər yolun uzun illərdir təmir edilməməsindən şikayətlənirlər.

Sakinlərin sözlərinə görə, yol 20 ildən artıqdır asfaltlanmır. Küçənin bərbad vəziyyətdə olması səbəbindən əhali yay aylarında toz-torpağa, yağışlı havalarda isə palçığa bulaşır.

Baku TV-nin məlumatına görə, bu durum həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirir.

"20 ildən çoxdur burada yaşayıram. Yollarımız çox pis vəziyyətdədir. Hər dəfə özümüz təmir edirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, amma nəticə olmayıb", - deyə sakinlərdən biri bildirib.

Küçədəki vəziyyət taksi xidmətlərindən istifadə zamanı da əlavə çətinlik yaradır. Sakinlər bildirirlər ki, sürücülər yolun yararsız olması səbəbindən əraziyə daxil olmaqdan imtina edir və ya gedişhaqqını artırırlar.

"Taksi sifariş edirik, bura gəlmək istəmirlər. Beş manatlıq yolu 20-35 manata deyirlər. Bəzən yolun yarısına qədər gəlir, müştərini orada düşürür ki, yol çox bərbad vəziyyətdədir, mən içəri girə bilmərəm", - deyə başqa sakin qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər