Saray sakinləri 4 gündür susuz qalıb

Saray sakinləri 4 gündür susuz qalıb
Hadisə 100

Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlər su problemi yaşayır.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, havanın temperaturu 40 dərəcəyə yüksələndən bəri qəsəbənin Zərifə Əliyeva küçəsində suyun verilişi tam dayanıb:

"Əvvəllər suyun təzyiqi aşağı olsa da heç olmasa axşamlar düzəlirdi. Biz də fürsətdən istifadə edib su çənlərini doldururduq. Lakin son 4 gündür ki, nə axşam, nə də səhər su gəlir".

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.

"Bu barədə müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq", - deyə qurumun məlumatında qeyd olunub.

Banu Hüseynli

Oxşar xəbərlər

Bakıda sərxoş müştərini bıçaqlayan ofisianta 3 il həbs cəzası verildi

Bakıda sərxoş müştərini bıçaqlayan ofisianta 3 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci ilin mayında baş verən bıçaqlama hadisəsi ilə bağlı qərarını elan edib. Məhkəmə, kafe işçisi olan 1980-ci il təvəllüdlü ş...

70 Hadisə 23:05 20 oktyabr 2025

Son xəbərlər