Samuxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 1973-cü il təvəllüdlü İ.Şərifov, 1983-cü il təvəllüdlü T.Ramazanov və 1980-ci il təvəllüdlü S.Verdiyev xəsarət alıb.
*** 02:04
Samux rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Karayeri qəsəbəsində qeydə alınıb.
Belə ki, avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...