Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı

Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı
Video
Hadisə 228

Samux rayonunun Köbər kəndində gecə saat 4 radələrində baş verən yanğın qısa müddətdə evi tamamilə yararsız hala salıb. Hadisə nəticəsində 7 nəfərlik ailə evsiz qalıb.

Yanğını söndürməyə çalışarkən ev sahibi Abid Qasımov xəsarət alıb.

"Uşaq çıxıb dedi ki, ay nənə, evimiz alışıb yandı. Yuxudan durub mətbəxə getdim, gördüm ki, alov artıq göyə qalxıb. Nə qədər su tökdük, nə qədər çalışdıq, ancaq söndürmək mümkün olmadı. 50 ildə çəkdiyim əziyyət 40 dəqiqəyə yoxa çıxdı" , - deyə Abid Qasımov çarəsizliyini ifadə edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində bədbəxt hadisə baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, azyaşlı uşaq binanın yeddinci mərtəb...

251 Hadisə 21:43 19 oktyabr 2025

Son xəbərlər