Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB
15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.
10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Nazir idarə rəisini təqaüdə göndərdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub. BAKU.W...