Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...