Şamaxı qəbiristanlığında ər arvadını öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda baş verən qətlin bəzi təfərrüatları bəlli olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində rayonun "Yeddi günbəz" qəbiristanlığında baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Şamaxı sakini Hidayətov Vüsal Mobil oğlu həyat yoldaşı Hidayətova Sevda Aslan qızını qəbiristanlığa aparıb və çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Vüsal Hidayətov hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
***16:58Şamaxıda qətl hadisəsi törədilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayon qəbiristanlığında qeydə alınıb.
İlkin məlumata görə, ər öz arvadını şəhər qəbiristanlığında öldürüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...