Yolüstü restoranda işgəncə görən vəhşi heyvanlarla bağlı tədbir görüldü
Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən "Yolüstü" restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
"Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib. Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.
Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək".
***16:20
Daha bir restoranda vəhşi heyvanların qəfəsdə saxlanıldığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilir ki, hadisə Salyan rayonu ərazisində yerləşən "Yolüstü Restoran" adlanan iaşə obyektində baş verib.
Şikayətçinin sözlərinə görə, tülkülər burada pis şəraitdə saxlanılır.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə...