Salyanda yanan avtomobili söndürmək istəyən şəxsləri maşın vurdu, ölən və xəsarət alan var
Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.
Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
***09:39
Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir, araşdırma başlanılıb
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb. Belə ki, 2023-cü...