Salyanda qardaş qardaşı qətlə yetirdi

Salyanda qardaş qardaşı qətlə yetirdi
Hadisə 440

İyulun 15-i saat 03 radələrində Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Salyan rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Mehman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər