Salyanda ev yanıb, 1 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Ağcabədidə bir-birinə bitişik 4 evdə yanğın olub
Ağcabədi rayonunda yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/...