Salyanda avtomobillər toquşub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) müxtəlif dərəcəli xəsarətlər alıb.
V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağır yol qəzası: 5 nəfər öldü - YENİLƏNİB
Cəlilabadda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə zamanı "VAZ-2107" və "Mitsubishi...