Salyan və Sabirabadda yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayon sakini H.Tarverdiyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini H.Məmmədov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul r...