Sakinlər zibili boş əraziyə atır, qurum təmizləmir, zibil qutuları azdır - Mehdiabadı ZİBİL BÜRÜYÜB

Sakinlər zibili boş əraziyə atır, qurum təmizləmir, zibil qutuları azdır - Mehdiabadı ZİBİL BÜRÜYÜB
Video
Hadisə 35

Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Qara Qarayev küçəsində yerləşən və yerli sakinlər arasında "Şəhərcik" kimi tanınan ərazidə məişət tullantılarının yaratdığı ekoloji problem narahatlıq doğurur. Söhbət 165 nömrəli marşrut xəttinin son dayanacağının yerləşdiyi ərazidən gedir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Vətəndaşların sözlərinə görə, ərazidən bir qədər uzaqda zibil qutuları mövcud olsa da, bəzi sakinlər məişət tullantılarını nəzərdə tutulmuş yerlərə deyil, yaxınlıqdakı boş sahəyə atırlar. Nəticədə ərazi getdikcə tullantılarla dolur, ətraf mühit çirklənir və xoşagəlməz mənzərə yaranır.

Şikayətçilər bildirirlər ki, problem təkcə sakinlərin məsuliyyətsiz davranışı ilə məhdudlaşmır. Onların iddiasına görə, tullantıların toplandığı sahədə mütəmadi təmizlik işləri aparılmır və ərazi uzun müddətdir nəzarətsiz vəziyyətdə qalır.

Ərazidən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər