Sakinlər qanunsuz tikintidən şikayətçidir - Rəsmi qurum nə deyir? - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, 5-ci mikrorayon Cavadxan 21 ünvanında yaşayan sakinlər ərazidə aparılan tikintidən narahatdırlar.
Bu barədə məlumatlar BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
İddialara görə, məhəllənin daxilində qanunsuz tikinti davam edir. Müraciət edilən heç bir qurum da vəziyyətlə maraqlanmır.
Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ərazidə heç bir tikinti işi həyata keçirilmir:
"Daha əvvəl taxta hasar çəkməyə cəhd göstərilmişdi. Bunun da qarşısı tərəfimizdən alınıb. Tikinti üçün bəzi sənədləri var. Onu da təqdim ediblər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə. Cavab gözləyirlər. Hazırda isə ərazidə heç bir qanunsuz iş görülmür".
Həmin görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...