Sahibkar cəzalandırıldı

Sahibkar cəzalandırıldı
Hadisə 576

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində reyd keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 m3 həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik 400 ədəd yulğun koluna görə prokurorluğa müraciət etdi

Nazirlik 400 ədəd yulğun koluna görə prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliy...

767 Sosial 16:54 19 noyabr 2018

Son xəbərlər