Nazirlik Baş Prokurorluğa müraciət etdi
05
sen
2018
11:28
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 kub.m həcmində gilin çıxarıldığı məlum olub.Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Vəhşi quşu tutan şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəzi...