Sabunçuda park ərazisində ağaclar kəsilib? – Araşdırmanın nəticəsi məlum oldu

Sabunçuda park ərazisində ağaclar kəsilib? – Araşdırmanın nəticəsi məlum oldu
Video
Hadisə 28

Sosial şəbəkələrdə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əlyar Əliyev küçəsində yerləşən park ərazisində ağacların kəsilərək yerində obyekt tikilməsi ilə bağlı görüntülər yayılıb.

Baku TV-nin əməkdaşları məsələni araşdırmaq üçün sözügedən əraziyə yollanıblar və iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.

Məlumata görə, ərazidə aparılan işlər zamanı ağaclara ziyan vurulmayıb və onların hamısı aidiyyəti qurumlar tərəfindən qeydiyyata alınaraq nömrələnib.

İş icraçısı Füzuli Ağayevin sözlərinə görə, tikili uzun illərdir mövcuddur, hazırda burada yalnız təmir-bərpa və xarici görünüşün yenilənməsi işləri aparılır:

"Bu obyekt 10 ildən artıqdır fəaliyyət göstərir. Ərazi həmişə ağacların içində olub. Hazırda yalnız gözəlləşdirmə işləri görülür, yeni tikinti aparılmır. Köhnə sütunların üzlənməsi həyata keçirilir. Ağaclar yerindədir, Ekologiya Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılıb və nömrələnib. Onlara mütəmadi qulluq edilir".

O, həmçinin bildirib ki, obyektin bütün sənədləri qaydasındadır və tikiliyə dair müvafiq çıxarış mövcuddur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər