Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün Azərbaycanda 27 cinayətin üstü açılıb
Azərbaycanda martın 24-də qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən mə...