Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb

Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Video
Hadisə 47

Bakının Sabunçu rayonunda 19 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində keçirilən tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.

Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər