Sabunçuda piyada vurulması ilə bağlı DİN-dən AÇIQLAMA - ANBAAN VİDEO - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Bakıda Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinə reaksiya verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, qəzaya səbəb olan sürücünün axtarışları davam etdirilir.
"İyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib.Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və təqsirkar sürücünün müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir", - deyə məlumatda bildirilib.
**** 14:45
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobili ilə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəxsi vurub və hadisə yerindən qaçıb.
Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yerüstü piyada keçidi var. Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Mərdəkanda üç nəfərin ölümü ilə nəticələnən avtoqəzada xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI - FOTO
"Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, bir nəfər xəsarət alıb". BAKU.WS...