Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb
31
dek
2021
23:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini R.Zeynalovun yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı R.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Oxşar xəbərlər
Bir neçə gün əvvəl saxlanılan şəxslər yenidən eyni əməli törədiblər - VİDEO/FOTO
Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər yenidən eyni əməllə məşğul olduqları üçün...